<b>Salyanda 3 uşaq su çəninin altında qaldı</b>
29 iyun 2017 22:14 (UTC +04:00)

Salyanda 3 uşaq su çəninin altında qaldı

0

Salyanda üç uşağın ağır zədələnməsi ilə nəticələnən hadisə baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Salyan rayonunun Peyk kəndində Şamaxıdan qonaq gələn 2013-cü il təvəllüdlü Rasim Yunus oğlu Məmmədli, onun bacısı Şahanə Yunus qızı Məmmədli və 2012-ci il təvəllüdlü Osmanova Fatimə Mehdi qızı həyətdə oynayarkən su çəninin altında qalıblar. Hadisə nəticəsində ciddi xəsarətlər alan uşaqlar dərhal xəstəxanaya çatdırılıblar, bacı-qardaşın vəziyyətinin ağır olduğu bildirilir. İlkin tibbi yardım göstərildikdən sonra onlar paytaxt xəstəxanalarından birinə göndəriliblər.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar