<b>Qənirə Paşayeva Cəbrayılın Cocuq Mərcanlı kəndində olub</b>
10 aprel 2016 15:12 (UTC +04:00)

Qənirə Paşayeva Cəbrayılın Cocuq Mərcanlı kəndində olub

Millət vəkili Qənirə Paşayeva Cəbrayılın Cocuq Mərcanlı kəndində olub. Lent.az-ın məlumatına görə, Q.Paşayeva Cocuq Mərcanlıda yaşayan tək ailə olan Oqtay Həziyevin evində qonaq olub.

 

Millət vəkili təəssüratlarını bölüşərək deyib: “Bu kəndə sonuncu dəfə düz 30 il əvvəl gəlmişdim rəhmətlik atamla birlikdə. Balaca qız idim. Sonra Cəbrayıl işğal olundu və buraları bir daha görə bilmədim. Oqtay Həziyev və ailəsi vətənimizin igid oğul və qızlarındandır. Cocuq Mərcanlı 1993-ci ildə Ermənistan tərəfindən işğal edilib və dağıdılıb. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. Amma Lələ Təpə Ermənistanın işğalı altında olduğundan sakinlərin kənddə qayıdıb yaşaması imkansız olub. Çünki Cocuq Mərcanlı atəş altında olub. Lələ Təpə ordumuzun, şəhidlərimizin qəhrəmanlığı nəticəsində işğaldan azad olunduğundan artıq Cocuq Mərcanlıda yaşamaq üçün ciddi təhlükə yoxdur”.

 

Q.Paşayeva əlavə edib ki, son illər heç bir ailəyə qonaq olanda bu qədər sevincli və rahat olmayıb: “Ermənilərin atdığı mərmilərin qəlpələri evin hasarını dəlik-deşik etsə də öz şəxsi təsərrüfatını yaradan Oqtay bəy, həyətyanı sahəsində quşçuluq, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olur. Bir sözlə qoçaq, zəhmətkeş bir ailədir Həziyevlər ailəsi. Ailənin qız övladı, gözəl balamız ali məktəbə daxil olmağa hazırlaşır. Müəllim olmaq istəyir. Hər gün uzun yol gedir Cocuq Mərcanlıdan dərslərini öyrənmək üçün amma oxumaqdan, ali məktəbə daxil olmaq istəyindən vaz keçmir. Ailənin oğlu isə hərbi xidmətini başa vurub indi kənddə atasına kömək edir. Kənddə yaşayan tək ailə olsa da doğma kənddən ayrı yaşamağı ağlına belə gətirə bilmir Oqtay bəy və ailəsi. Bu istiqamətdə bütün əsgər və hərbiçilərin çox sevdiyi bir insandır Oqtay bəy. Hər zaman əsgərlərimizin yanındadır. Deyir onlarla fəxr edirəm. Lələ Təpə ordumuzun zəfəridir və hər bir şəhidimizin qarşısında baş əyib, diz çökürəm. Mən inanıram ki, digər torpaqlarımız da işğaldan azad olunacaq”.

 

Millət vəkili Füzuli rayonunda, Lələ Təpə istiqamətində də olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00