<b>Qaçaqmalçılıq yolu ilə gətirilən mobil telefonlar aşkarlanıb</b>
06 aprel 2016 10:34 (UTC +04:00)

Qaçaqmalçılıq yolu ilə gətirilən mobil telefonlar aşkarlanıb

0

Xaçmaz  Gömrük İdarəsinin əməkdaşları 70 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Lent.az Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Moskva-Bakı sərnişin qatarının 3 saylı vaqonunda Rusiya Federasiyasından Azərbaycana  gələn Azərbaycan Respublikası vətəndaşının əl çantalarına Xaçmaz Gömrük İdarəsinin Yalama gömrük postunda gömrük baxışı keçirilib. Baxış zamanı 3 ədəd  əl çantasının alt hissəsindəki xüsusi düzəldilmiş saxlanc yerindən 70 ədəd “Samsung Galaxy Ace 4 Neo” markalı mobil telefon aşkar olunaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar