[b]Piyadanı vurub qaçan sürücü saxlanıldı[/b]
Bakıda piyadanı vurub qaçan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırmalarla H.Məmmədzadənin cari il mart ayının 27-də saat 22 radələrində Yeni Yasamal-2 yaşayış sahəsində yolu keçərkən vurulması müəyyən edilib.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və yol-nəqliyyat hadisəsinin “Jeep” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi, Dövlət Yol Pol İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan, həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini N.Bəybalıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
493