[b]Paytaxtda ağır qəza[/b]: 1 ölü, 2 yaralı
08 iyun 2015 10:30 (UTC +04:00)

[b]Paytaxtda ağır qəza[/b]: 1 ölü, 2 yaralı

0

Bakıda ağır yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, yol qəzası paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

 

Bakı şəhər sakini Qabil Rəşid oğlu İsmayılovun idarə etdiyi “VAZ 2109” markalı, 10-MB-147 dövlət nömrə nişanlı avtomobil 1947-ci il təvəllüdlü Fəxrəddin Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

 

Nəticədə F. Əliyev və oğlu Fərid, digər avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub.

 

Q. İsmayılovun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Rəna Lətifova hadisə yerində ölüb. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar