<b>Nazirlik ölkədə törədilmiş qətllərlə bağlı məlumat yaydı</b>
06 may 2016 12:09 (UTC +04:00)

Nazirlik ölkədə törədilmiş qətllərlə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi ölkədə törədilmiş qətllərlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində mayın 2-də Bakı şəhər sakini Mirzə Hüseynovu qətlə yetirmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Elçin Cavadov tutulub.

 

Bundan başqa mayın 5-də Xaçmaz rayonunun Xudat şəhərində yaşayan Fatma İbrahimxəlilovanın həyətində qonşusu Rafiq Şıxverdiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. F.İbrahimxəlilova hadisə yerində ölüb.

 

Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Şıxverdiyev tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar