Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. “Tofaş” markalı "10 CC 011" dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir aralığa çırpılıb. Nəticədə sürücü Lerik sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 3 yaşlı uşağı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.