<b>General oğlunun işinə çıxan vəkillərdən birinin fəaliyyəti dayandırılıb</b>
08 may 2018 17:50 (UTC +04:00)

General oğlunun işinə çıxan vəkillərdən birinin fəaliyyəti dayandırılıb

Xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun və onunla birgə ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

 

Lent.az- ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində prosesdə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə  hakim bildirib ki, iş üzrə təqsirləndirilən şəxs Pərviz Abbasovun vəkili Sadiq Rəsulovun kollegiya tərəfindən fəaliyyəti 6 ay müddətinə dayandırılıb.

Onu da qeyd edək ki, Sadiq Rəsulov həm də MTN generalı Akif Çovdarovu  vəkilidir.

Bundan sonra onun  müdafiəçisi İlyas Kərimov olub.

 

Prosesdə işin istintaqını aparan müstəntiq Məhəmməd Tağıyev şahid qismində  dindirilib.

 

O,  vəkillərin suallara cavab olaraq bildirib ki, şahidləri dindirən zaman heç bir qanun pozuntusu etməyib: "Onlara hüquqları izah edilir. İfadələrini oxuyandan sonra imza atıblar. Şahidlər bizə nə ifadə veribsə, biz də o cür onları yazmışıq".

 

Vəkil Kamandar Nəsibov bildirib ki, bəzi şahidlər latın qrafikasını bilmədiyini deyib: "Onlar latın qrafikasını bilməyə-bilməyə necə oxutdurmusuz?"

 

 

Müstəntiq qeyd edib ki, şahidlərə ifadələri oxunub və elan edilib: "İlkin istintaq zamanı tərəflər bir-birinə qarşı aqressiv olurlar, hər şey danışırlar. Hətta onlar ilkin məlumatlar da hadisə yerində silah olduğunu dedilər, lakin sonradan imtina ediblər. Mən yenə də qeyd edirəm ki, şahidlərin heç bir hüququ pozulmayıb. Nə danışıblar onlar yazılıb".

 

Müstəntiq qeyd edib ki, hadisə ilə bağlı videogörüntülərlə sorğu verilsə də gəlməyib: "Hadisə baş verən gün sorğu verdim. 1 həftə istintaqı apardıqdan sonra, o iş başqa bir müstəntiqə həvalə edildi".

 

Prosesdə məhkəmə istintaqı başa çatıb.

 

Prokuror çıxış üçün vaxt istəyib.

 

Məhkəmə mayın 24-ə təyin edilib.

 

 

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

 

Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

 

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

 

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər təqsirləndirilən iki nəfər barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

 

Binəqədi rayon Məhkəməsinjn hökmü ilə Rüstəm Orucov 5 il müddətə azadlıqdan məhrum edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 301
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05