Fövqəladə Hallar Nazirliyi Qazax rayonu ərazisində 1 nəfərin ölümü və 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası ilə əlaqədar məlumat yayıb.
Lent.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində “Mitsubishi” markalı minik avtomobilin “Opel” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “Opel” markalı minik avtomobilində xəsarət alaraq sıxılmış vəziyyətdə qalmış 3 nəfəri və 1992-ci il təvəllüdlü İsmayılova Səadət Məcid qızının cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.