[b]FHN özünü kanala atan şəxsin cəsədini tapdı[/b]
15 iyun 2017 09:00 (UTC +04:00)

[b]FHN özünü kanala atan şəxsin cəsədini tapdı[/b]

0

 

İyunun 12-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ağcəbədi rayonu, Qaradolaq kəndi ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü Yuxarı Qarabağ kanalına atmısı barədə məlumat daxil olub.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

 

İyunun 15-də 1963-cü il təvəllüdlü Mayılov Tofiq Cəlil oğlunun cəsədi batdığı yerdən 25 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar