Bakının Xəzər rayonunda 1 nəfər intihar etmək məqsədi ilə yüksək gərginlikli elektrik dirəyinə çıxıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alıb və vətəndaş aidiyyəti üzrə təhvil veriblər.