<b><span style="color:red;">Evə basqın : 89 yaşlı nənəsini ağır yaraladı</b> - <span style="color:red;">YENİLƏNİB
05 iyul 2017 10:52 (UTC +04:00)

Evə basqın: 89 yaşlı nənəsini ağır yaraladı - YENİLƏNİB

 

Astarada evə basqın edib, yaşlı qadına xəsarət yetirən şəxsin kimliyi müəyyənləşib.

 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisəni 89 yaşlı Kinəbacı Əsədullayevanın nəvəsi Azər Məmmədovun törətdiyi bildirilir. A. Məmmədov artıq şübhəli şəxs qismində saxlanılıb.
 
Fakt araşdırılır.

 

07:37

 

 

Astarada evə basqın olub, 89 yaşlı qadın ağır yaralanıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Şahağacı kəndində qeydə alınıb. Kənd sakini 1928-ci il təvəllüdlü Kinəbacı Allahverdi qızı Əsədullayevaya naməlum şəxs və ya şəxslər yaşadığı evində küt alətlə bir neçə zərbə endirilib. Dərhal yaralı oğlu tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır. İlkin məlumata görə, evdən heçnə aparılmayıb.

 

Fakt araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 99
avatar

Oxşar yazılar