Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 50 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 15 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 23 nəfər tutulub.