[b]Deputatın oğlunun şəriki İnterpol xətti ilə axtarışa verilib[/b]
20 aprel 2016 15:54 (UTC +04:00)

[b]Deputatın oğlunun şəriki İnterpol xətti ilə axtarışa verilib[/b]

 

Azərbaycanda dələduzluqda təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib.

 

APA-nın məlumatına görə, 1984-cü il təvəllüdlü Elnur İbrahimov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

 

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, E. İbrahimov deputat Elmira Axundovanın oğlu Həbib Axundovun şəriki olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

APA Baycan

Oxşar yazılar