[b]Dava zamanı boynunu kəsdilər[/b]
24 mart 2018 22:12 (UTC +04:00)

[b]Dava zamanı boynunu kəsdilər[/b]

Tovuzda dava zamanı bir nəfər boyun nahiyəsinin kəsilmiş yarası xəsarəti alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəsarət alan rayonun Aşağı Quşçu kəndi sakini, 1990-cı il təvəllüdlü İsmayılov Aydın Hüseyn oğlu bir qrup şəxs tərəfindən xəstəxanaya çatdırılıb. Həmin şəxslər tibb işçilərinə hədə-qorxu gələrək, onlara xəsarət yetirməyə çalışıblar.

 

Əraziyə polis əməkdaşları cəlb edilib. 

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364
avatar

Oxşar yazılar