Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları narkotik vasitə aşkarlayıb. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, idarə tərəfindən əməliyyat məlumatı əsasında idarənin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin üzərindən, sağ ayağındakı corabın içəri topuq hissəsindən gömrük nəzarətindən gizlədilən, bir ədəd bükümdə xalis çəkisi 2,55 qram olan narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.