[b]Balakəndə partladıcı qurğu aşkarlandı[/b]
27 iyul 2016 11:33 (UTC +04:00)

[b]Balakəndə partladıcı qurğu aşkarlandı[/b]

0

Şəmkir rayon sakininin Balakəndəki evindən partladıcı qurğu tapılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahamalar kəndində yaşayan Şəmkir rayon sakini Natiq Alıyevin evinə baxış zamanı “PZU-5M” markalı partladıcı qurğu (generator) aşkarlanıb. Bundan başqa  Qaysa kənd sakini Məhəmməd Gəncəyevdən isə müvafiq sənədləri olmayan yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar