<b>Bakıda maşın 61 yaşlı kişini vurub öldürdü</b>
06 sentyabr 2017 21:23 (UTC +04:00)

Bakıda maşın 61 yaşlı kişini vurub öldürdü

Bakının Yasamal rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Şəfayət Mehdiyev küçəsində, Lider TV-nin yaxınlığında qeydə alınıb. Sürücü Sərxan Hüseynov idarə etdiyi minik maşını ilə 1956-cı il təvəllüdlü İslamov Eldar Zahid oğlunu vurub.

 

Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152
avatar

Oxşar yazılar