<b>Bakıda lombarda basqın edib 10 min manat apardılar</b>
09 iyun 2017 11:25 (UTC +04:00)

Bakıda lombarda basqın edib 10 min manat apardılar

0

Bakıda quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Q.Qarayev prospektindəki lombardlardan birinə gələrək oranın sahibindən quldurluq yolu ilə 10.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini Turan Əkbərov tutulub. Hadisədə iştirak etmiş daha 3 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar