Maştağa qəsəbəsində yaşayış evində partlayış olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəsəbə sakini Maarif Həsənovun evində məişətdə istifadə edilən qaz balonunun nasazlığından yanğına keçən partlayış baş verib. Nəticədə 56 kv/m sahədə yanar əşyalar yanıb.