Bakıda daha bir qətl hadisəsi
13 may 2016 12:05 (UTC +04:00)

Bakıda daha bir qətl hadisəsi

0

Bakıda daha bir qətl hadisəsi törədilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 11-də Pirallahı rayon sakini Namiq Balayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. O, xəstəxanaya aparılarkən dəniz sahilində qayığın lövbərinin üstünə yıxılması nəticəsində xəsarət almasını bildirib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalar zamanı N.Balayevə xəsarətin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vidaddin İbrahimov tərəfindən yetirilməsi müəyyən edilib.

 

Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.İbrahimov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar