[b]Bakıda 3 nəfər yanan binadan xilas edildi [/b]
17 may 2017 07:26 (UTC +04:00)

[b]Bakıda 3 nəfər yanan binadan xilas edildi [/b]

0

Bakıda yaşayış binasında yanğın baş verib. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində baş verib. Nəticədə girişin şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar