[b]Azərbaycanda tutulan Rusiya vətəndaşı ermənidir? [/b]
27 iyul 2016 15:26 (UTC +04:00)

[b]Azərbaycanda tutulan Rusiya vətəndaşı ermənidir? [/b]

 

“Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycan tərəfi ilə tezliklə vəziyyətin aydınlaşdırılması və saxlanılan şəxslə görüşə icazə verilməsi istiqamətində iş aparır”.

 

APA-nın  xəbərinə görə, bu barədə səfirliyin Rusiya vətəndaşı M.V. Ueldanovun saxlanılmasına dair sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar açıqlamasında qeyd olunub. Səfirlik bildirir ki, bu il iyunun 23-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən AR Cinayət Məcəlləsinin 234.4.3 maddəsi üzrə (külli miqdarda narkotikin əldə edilməsi və saxlanması) ittiham edilən Rusiya Federasiyası vətəndaşı M.V. Ueldanovun saxlanılması və istintaq təcridxanasında yerləşdirilməsi ilə bağlı Azərbaycan XİN-dən nota daxil olub: "Bir neçə gün sonra M.V. Mirzoyan adlı şəxs səfirliyə müraciət edərək saxlanılan şəxsin onun qardaşı olduğunu və gerçək familiyasının Qalustyan olduğunu deyib. O bildirib ki, qardaşı narkotiklərin qeyri-qanuni dövriyyəsinə görə yox, casusluq şübhəsi əsasında həbs edilib".

 

Səfirlik bildirir ki, dərhal Azərbaycanın səlahiyyətli orqanlarına müraciət edilib: "Müraciət müvafiq izahın əldə edilməsi və konsulluq şöbəsi əməkdaşlarının vətəndaşla görüşünə icazə verilməsi ilə bağlı olub. Bununla bağlı Azərbaycan tərəfinə  iyulun 5-də nota göndərilib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

APA Baycan

Oxşar yazılar