ANS-in şikayətinə inzibati məhkəmədə baxılacaq
10 avqust 2016 13:20 (UTC +04:00)

ANS-in şikayətinə inzibati məhkəmədə baxılacaq

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-a qarşı şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə şikayətin Bakı Apellyasiya Məhkəməsinə aid olub-olmaması araşdırılıb. Prosesdə qərar elan edilib. Qərarə əsasən şikayət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilib.

 

Xatırladaq ki, MTRŞ iyulun 18-də TV-nin yayımının bir ay müddətində dayandırılması barədə qərar qəbul edib. ANS həmin qərarın ləğv edilməsini istəyir.

 

Qeyd edək ki, iyulun 29-da ANS-in lisenziyası ləvğ edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294
avatar

Oxşar yazılar