[b]Almazbek Atambayev:[/b] "İkinci dəfə prezident seçilmək fikrim yoxdur"
02 dekabr 2014 16:12 (UTC +04:00)

[b]Almazbek Atambayev:[/b] "İkinci dəfə prezident seçilmək fikrim yoxdur"

Qırğızıstan prezidenti Almazbek Atambayev səlahiyyət müddəti başa çatan kimi prezident postunu tərk edəcək.

 

APA-nın “Mir 24” telekanalına istinadən verdiyi məlumata görə, A. Atambayev yerli telekanallara açıqlamasında növbəti prezident seçkilərində iştirak etməyəcəyini deyib.

 

“Səlahiyyətlərimin müddətini artırmaq və yaxud ikinci dəfə prezident seçilmək fikrində deyiləm. Bu fürsətdən yararlanıb öz cibini doldurmaq əvəzinə işləsən, bilməlisən ki, Qırğızıstan kimi ölkədə prezidentin işi çox çətin bir işdir”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, A. Atambayev 2011-ci ildə Qırğızıstan prezidenti seçilib. Bu ölkədə növbəti prezident seçkiləri 2017-ci ildə keçiriləcək.

# 249
avatar

Oxşar yazılar