“Qazel” və “Shacman” toqquşdu: <span style="color:red;">ölən var  - YENİLƏNİB
10 iyun 2017 01:08 (UTC +04:00)

“Qazel” və “Shacman” toqquşdu: ölən var - YENİLƏNİB

0

Bərdədə iki yük avtomobilinin toqquşması nəticəsində həyatını itirən sərnişinin kimliyi məlum olub. Hüquq-mühafizə orqanlarından APA-nın Qarabağ bürosunun müxbirinə verilən məlumata görə,  90 JR 380 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşını ilə  03 BE 799 dövlət nömrə nişanlı “Qazel” markalı yük maşınının toqquşması nəticəsində, həyatını itirən “Qazel”i  idarə edən sürücü  Hüseyn  Süleymanovun övladı 1991-ci il təvəllüdlü Süleymanov Yasin Hüseyn oğludur.

 

Faktla bağlı araşdırma aparılır.

 

*** 23.18

 

Bərdədə iki yük avtomobili toqquşub, ölən var. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Ləki kəndi ərazisində qeydə alınıb. Bərdə rayon sakini 1961-ci il təvəllüdlü Süleymanov Zülfüqar Hüseyn oğlunun idarə etdiyi “Qazel” markalı yük maşını qarşıda gedən “Shacman” markalı yük maşınına çırpılıb. Nəticədə Z.Süleymanovun idarə etdiyi “Qazel” markalı maşında sərnişin aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

 

Hadisə yerinə DYP əməkdaşları və FHN-nin xilasediciləri cəlb edilib.  Qəzanın səbəbləri və ölən şəxsin kimliyi müəyyənləşdirilir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar