<b>Bakıda bu yol bağlanacaq</b>
10 may 2016 10:56 (UTC +04:00)

Bakıda bu yol bağlanacaq

0

Təmir işləri ilə əlaqədar olaraq bu gün günorta saatlarından etibarən Xətai rayonu Telnov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır. “Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək tətbiq olunacaq.

 

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçməkləri tövsiyə olunur.

 

“Azəravtoyol” ASC müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar