<b>“28 Mall”a bomba qoyulduğunu deyən şəxs tutuldu</b>
06 aprel 2016 12:25 (UTC +04:00)

“28 Mall”a bomba qoyulduğunu deyən şəxs tutuldu

0

Bomba qoyması barədə polisə yalan məlumat vermiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat vermiş Ağdaş rayon sakini, 33 yaşlı Rəvan Fətəliyev tutulub.

 

 

Faktla əlaqədar cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar