[b]68 yaşlı kişini avtomobil vurub öldürdü[/b]
26 aprel 2019 19:58 (UTC +04:00)

[b]68 yaşlı kişini avtomobil vurub öldürdü[/b]

0
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
Lent.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.
 
Xətai prospekti 25 saylı ünvanın qarşısında 1989-cu il təvəllüdlü Xanbutayev Zaur Əli oğlu idarə etdiyi "KİA Sorento" markalı avtomobillə piyada, 1951-ci il təvəllüdlü Abasov İsmayıl İbrahim oğlunu vurub.
 
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də orada ölüb.
 
Faktla bağlı cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1144

Oxşar yazılar