[b]Xırdalanda faciə:[/b] <b>5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq öldü</b>
06 iyun 2017 00:11 (UTC +04:00)

[b]Xırdalanda faciə:[/b] 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq öldü

0

Abşeron rayonunda azyaşlı uşaq çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

 

APA-nın məlumatına görə, hadisə Xırdalan şəhərində, Heydər Əliyev prospektindəki “Absheron city” yaşayış kompleksində baş verib. Yaşayış kompleksindəki mənzillərdən birinə qonaq gələn ailə 5 yaşlı Əsədova Məryəm Vüsal qızını nəzarətsiz buraxıb. 1-ci mərtəbədə yerləşən mənzildən çıxan azyaşlı bunanın 7-ci mərtəbəsinə çıxıb və pilləkən qəfəsinin pəncərəsindən yerə yıxılıb. Məryəm Əsədova hadisə nəticəsində dünyasını dəyişib.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar