[b]19 yaşlı gənc kanalda batdı[/b]
Samur-Abşeron kanalında 19 yaşlı gənc batıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Ələkbərov İmamyar Ağabala oğlunun batdığı barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
798