10 yaşlı velosipedçi maşının altında qaldı
Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Sabirabad rayonunun Qalağayın kəndi ərazisində baş verib.
“Tofaş” markalı avtomobil velosiped sürən Qalağayın kənd sakini, 2008-ci il təvəllüdlü Zeynalov Aman Zahid oğlunu vurub.
10 yaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sabirabad xəstəxanasına çatdırılıb, daha sonra isə paytaxt xəstəxanalarından birinə yola salınıb.
Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.
806