"Azərsu" Ziya Bünyadov prospektində yaranmış vəziyyətə aydınlıq gətirdi
29 mart 2016 12:01 (UTC +04:00)

"Azərsu" Ziya Bünyadov prospektində yaranmış vəziyyətə aydınlıq gətirdi

0

Dünəndən yağan intensiv yağış paytaxtın Ziya Bünyadov prospektində hərəkətə ciddi problemlər yaradıb. Ərazidə yığılan yağış suları avtomobillərin hərəkətinə mane olub. 

 

Lent.az-ın məlumatına görə, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə açıqlamasında bildirib ki, hazırda ərazidəki suları təmizləmək üçün prospektə xüsusi qurğulu avtomobillər cəlb edilib: "Avtomobilləinr kollektorların yağış sularını normal qəbul edə bilməsi üçün mərkəzi kollektorlar, xətlər yuyulur. İntensiv yağan yağışlarda kollektorlar yağış sularını ötürüb çatdıra bilmir və nəticədə bu cür problemlər yaranır".

 

A.Cəbrayıllı bildirib ki, "Azərsu" ASC-də mütəxəssislərin iştirakı ilə hazırda bu problemlə bağlı xüsusi layihə hazırlamaq planlaşdırılır. Həmin layihənin icrasından sonra problemin birdəfəlik həllinə nail olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 241

Oxşar yazılar