Azəriqaz İB, Xəzər QİS-yə məxsus Binə atçılıq sahəsindən Buzovna qəsəbə istiqamətinə gedən 530 mm diametrli istifadəyə yararsız qaz kəmərinin 177 metri kəsilərək oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Rəhman Quliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.