Abşeron rayonu, Digah qəsəbəsində “TUR-M” MMC-yə məxsus sement istehsalı sexində yanğın baş verib.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumi sahəsi 1000 kv.m olan anbarında taxta atmalar 250 kv.m sahədə, içərisində olan 2 ədəd dəzgah, taxta altlıqlar və sement kisələri yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.