Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da və 11-də Bakı şəhər sakinləri Mehman Qasımova və Fərid Vəkilzadəyə məxsus avtomobillərdən səsgücləndirici və kompyuter aksesuarları oğurlamaqda, habelə Osman İsmayılova məxsus “VAZ-2104” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər ələ keçib.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, bunlar əvvəllər məhkum olunmuşlar paytaxt sakini Elvin Məmmədov, Quba rayon sakini Bəxtiyar Hüseynov və qardaşı Kazımdır. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 22-dən 25-dək olan müddətdə daha bir avtomobildən səsgücləndirici və təmir-tikinti alətləri oğurlamaları, iki avtomobildən oğurluğa cəhd göstərmələri, habelə Hikmət Cavadova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib.