“Təmiz Şəhər”in zavodunda silah-sursat tapıldı
03 dekabr 2014 15:44 (UTC +04:00)

“Təmiz Şəhər”in zavodunda silah-sursat tapıldı

0

“Təmiz Şəhər” ASC-in Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda məişət tullantıları arasından silah-sursat hissələri aşkar olunub. Lent.az-ın məlumatına görə, paytaxtdan toplanmış tullantıların çeşidlənməsi zamanı son 2 gündə tapılan avtomat və tapança güllələri, müxtəlif silah hissələri dekabrın 2-də polisə təhvil verilib.

“Təmiz Şəhər” ASC-in polisə təhvil veridyi silah-sursat hissələri bunlardır:

27 ədəd 5.45 çaplı patron

58 ədəd 7.62 çaplı patron

34 ədəd kiçik çaplı patron

2 ədəd avtomat darağı

1 ədəd F1 əl qumbarasının korpusu

1 ədəd optik nişangah

Qeyd edək ki, “Təmiz Şəhər” ASC-ə aid  tullantıların çeşidlənməsi zavodu paytaxtdan toplanmış tullantıları kağız, şüşə, plastik, metal və s. formada ayrı-ayrı yığılır. Daha sonra onlardan xammal kimi istifadə edərək yeni məhsullar hazırlanmaq üçün müxtəlif təkrar emal müəssisələrinə göndərilir. İş prosesi zamanı tullantılar arasından vaxtaşırı olaraq tullantı hesab olunmayan  əşyalar aşkarlandıqda aidiyatı qurumlara təhvil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar