“QAZ-31"  maneəyə çırpıldı, yaralananlar var
13 iyun 2017 20:33 (UTC +04:00)

“QAZ-31" maneəyə çırpıldı, yaralananlar var

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Goranboy rayon sakini  Allahverdiyev Elcan Saday oğlunun idarə etdiyi “QAZ-3129” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib və nəticədə yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza zamanı sürücünün atası Göranboy rayon sakini 1980-ci il təvəllüdlü Allahverdiyev Saday Əşrəf oğlu ağır xəsarət,  anası Allahverdiyeva Mahirə isə yüngül xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Saday Allahverdiyevin vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 118
avatar

Oxşar yazılar