“MTN işi”nin zərərçəkmişi tutulub
10 iyun 2017 11:02 (UTC +04:00)

“MTN işi”nin zərərçəkmişi tutulub

0

Bakıda dələduzluqla əlaqədar axtarışda olan şəxs tutulub.

 

APA-nın məlumatına görə, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, mətbuatda yazılan məlumatlara görə, Zaur Siyavuş oğlu Əzimovun adı “MTN işi”ndə zərərçəkmiş kimi tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar