“Məğlubiyyətlə barışmaq olmaz”  <span style="color:red;">AÇIQLAMA
10 fevral 2014 10:43 (UTC +04:00)

“Məğlubiyyətlə barışmaq olmaz” AÇIQLAMA

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts futbol üzrə Topaz Premyer Liqasında XX turun 2 oyununu izləyib. Lent.az-ın məlumatına görə, 68 yaşlı mütəxəssis əvvəlcə “Qəbələ” – “Qarabağ”, ardından “Xəzər Lənkəran” – “Neftçi” matçlarına stadiondan baxıb.

 

İlk oyunda “Qarabağ” 1:0 hesablı qələbə sayəsində liderliyə yüksəlib. Digər qarşılaşmada isə “Neftçi” 2:0 hesabı ilə öndə olduğu halda, qələbəni əldən verib və 2:2 hesablı heç-heçə ilə 2-ci pillədə qalıb.

 

Foqts “affa.az” saytına açıqlamasında bildirib ki, Lənkərandakı qarşılaşmada meydan sahiblərinin əzmkarlığını bəyənib. O, son illərin ən prinsipial rəqibləri arasındakı matçın yaxşı səviyyədə keçdiyini söyləyib: “Heç-heçə "Xəzər Lənkəran" üçün uğurlu nəticə oldu. "Neftçi" oyunda üstün tərəf idi. Bununla belə, "Xəzər Lənkəran"ın da futbolçularının mübarizliyini qeyd etmək lazımdır. Onlar sona qədər təslim olmadılar və son dəqiqələrdə hesabı bərabərləşdirdilər. Futbolda heç vaxt məğlubiyyətlə barışmaq olmaz".

 

Almaniyalı mütəxəssis “Qəbələ” – “Qarabağ” matçında isə taktiki mübarizənin getdiyini vurğulayıb: “Nəticə “Qarabağ” üçün çox uğurlu oldu. Meydanda taktiki mübarizə gedirdi. Oyun heç-heçə başa çata bilərdi”.

# 382
avatar

Oxşar yazılar