Polisdən Qarabağda işləyən usta və fəhlələrə  MÜRACİƏT
22 may 2024 13:50 (UTC +04:00)

Polisdən Qarabağda işləyən usta və fəhlələrə MÜRACİƏT

Daxili İşlər Nazirliyi işgaldan azad olunan bölgələrdə çalışan şəxslərə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumatda bölgədə abadlıq, tikinti, quruculuq işlərinə cəlb edilən şəxslərdən xahiş olunur ki, silah-sursat, partlayıcı maddələrə, şübhəli əşyalara rast gəldikdə, aşkarladıqda DİN-in 102 Zəng Mərkəzinə, yaxud ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat versinlər. Hərbi təyinatlı əşyalara mülki şəxslərin toxunması həyat və sağlamlığa təhlükə yaratmaqla yanaşı, həmin əşyaları götürmək, daşımaq, saxlamaq, başqasına vermək cinayət məsuliyyətinə səbəb olur. 

Qeyd olunanları nəzərə alaraq, bir daha bölgədə çalışan şəxsləri ictimai təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4380
avatar

Oxşar yazılar