2024-cü ildə ən çox bu telefonlar   alınıb: Bazarın liderləri
22 may 2024 19:47 (UTC +04:00)

2024-cü ildə ən çox bu telefonlar alınıb: Bazarın liderləri

Nüfuzlu “Counterpoint Research” agentliyi bazar təhlili apararaq 2024-cü ilin birinci rübündə ən çox alınan telefonların siyahısı açıqlanıb. 

Lent.az xəbər verir ki, ilk onluğu “Apple” və “Samsung" cihazları tutub.

“Counterpoint” araşdırması təsdiqləyib ki, hətta çətin anlarda belə istifadəçilər premium smartfonlara üstünlük verirlər. Siyahıdakı 10 modeldən 7-nin qiyməti 600 dollar və ya daha yüksəkdir.

2024-cü ilin birinci rübünün nəticələrinə əsasən, bazarda ən populyar smartfon “iPhone 15 Pro Max”dır. Həmçinin, ilk dördlüyü “iPhone” modelləri tamamlayıb. Smartfonlar 1,199 dollarlıq başlanğıc qiymət etiketinə baxmayaraq liderdir. 

5ci yer isə “Samsung S24 Ultra” smartfonudur. O 2024-cü ilin ən çox satılan Android cihazıdır. Yüksək performans, qismən, süni intellekt “Galaxy AI” sahəsində irəliləyişlərlə bağlıdır. Həmçinin reytinqdə siz çox ucuz “Galaxy A15” və “Galaxy A34”ü də tapa bilərsiniz.

Yuxarıdan göründüyü kimi, Çin smartfonları reytinqdə yer tuta bilməyib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8649
avatar

Sevinc Fərid

Oxşar yazılar