Həftəsonu ABŞ-ın Florida ştatından olan təcrübəli balıqçı Oven Prior təxminən 4 metr uzunluğunda olan köpək balığı tutub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə o, Ceksonvill çimərliyində balıq tutarkən baş verib.
"Mən yüzlərlə köpəkbalığı, hətta 14 futluq çəkic başlı köpəkbalığı tutdum, amma bu mənim ən yaxşı köpəkbalığım idi - onu uzun müddət xatırlayacağam", - Prior bildirib.
Oven Prior deyib ki, köpəkbalığı səhər saat 4 radələrində 12 saat gözlədikdən sonra yemi tutub. Köpəkbalığı ovunu tutduqdan sonra çıxarmaq təxminən 25 dəqiqə çəkib.