Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi  7 saat bağlı olacaq
22 may 2024 18:36 (UTC +04:00)

Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi 7 saat bağlı olacaq

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci kilometrliyində hərəkət məhdudlaşdırılacaq.

Lent.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, yerüstü piyada keçidinin inşası ilə əlaqədar, sabah saat 00:00-dan 07:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci kilometrliyində avtonəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Qeyd olunanları nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmaları, yol nişanlarının tələblərinə, sürət rejiminə ciddi riayət etmələri, özlərinin, digər hərəkət iştirakçılarının və təmir briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3222
avatar

Oxşar yazılar