Yeniyetmə reper sosial şəbəkədə video çəkərkən başına tapança dayayıb tətiyi sıxaraq səhvən özünü öldürüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Virciniya ştatının Saffolke şəhərində 17 yaşlı Railo Hanço ölü tapılıb.
Polis onun başından "təsadüfən özünə atəş açması" nəticəsində öldüyünə inandığını bildirib. Polis ölən yeniyetmənin adını təsdiqləməyib, lakin sosial mediada reperi Rylo Hançonun kamera qarşısında mahnı oxuduğunu və yaşıl lazer nişangahı ilə silahla rəqs etdiyini əks etdirən təcrid olunmuş görüntülər yayılıb.