Bakıda 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir
22 may 2024 19:08 (UTC +04:00)

Bakıda 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir

Bakının “8 Noyabr” prospektində aparılan təmirlə əlaqədar 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir.

Bu barədə Lent.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Təmir işləri müddətində 21 və 175 saylı avtobuslar “Dəniz Kənarı” küçə, 10 saylı avtobus Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələri, 32 və 46 saylı avtobuslar Nəcəfqulu Rəfiyev, Süleyman Vəzirov və Xəqani Rüstəmov küçələri ilə hərəkət edəcək.

Qeyd edək ki, “8 Noyabr” prospektində aparılan təmir işləri ilə əlaqədar  mayın 23-ü saat 8:00-dan mayın 29-u saat 22:00-dək prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2052
avatar

Oxşar yazılar