8 Noyabr prospektində təmir işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, 23 may saat 8:00-dan 29 may saat 22:00-dək 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Alternativ olaraq sürücülər təmir müddətində sözügedən əraziyə paralel olan dənizkənarı avtomobil yolundan istifadə edə bilərlər.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.