"Birbank"dan daha bir yenilik: Ninja təklifi artıq mobil tətbiqdə
22 may 2024 16:04 (UTC +04:00)

"Birbank"dan daha bir yenilik: Ninja təklifi artıq mobil tətbiqdə

Ölkənin ilk rəqəmsal bankı Birbank taksit kart sahibləri üçün daha bir yenilik təqdim edir. Belə ki, artıq Ninja təklifi yalnız SMS vasitəsilə deyil, həm də Birbank mobil tətbiqi üzərindən də istifadəyə açıqdır.

Bunun üçün tətbiqin “Daha çox” hissəsindəki "Ninja" səhifəsinə daxil olmaq və siyahıda olan istənilən ödənişi aylara bölmək kifayətdir. Həmçinin müştərilər "Tarixçə" bölməsində də Ninja təklifi üçün uyğun əməliyyatlar olduqda bu haqda  bildiriş görəcəklər.

Onu da qeyd etmək lazımdır ki, Birbank taksit kartları ilə edilən birdəfəlik ödənişləri (POS-terminal vasitəsilə edilən birdəfəlik və onlayn ödənişlər), nağdlaşdırma və köçürmə əməliyyatlarını Ninja təklifi ilə müəyyən komissiya qarşılığında 2, 3, 6 və ya 12 aylıq hissələrə bölmək mümkündür.

Xidmətdən faydanlamaq istəyən müştərilərə tətbiqin ən son versiyanı yükləmələri tövsiyə olunur. Təklif əməliyyatdan sonrakı ilk 24 saatı əhatə edir.

Ətraflı məlumat üçün: https://kbl.az/njpr

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1371
avatar

Oxşar yazılar