Aziz Yıldırım "Fənərbaxça" prezidentliyinə "YOX" DEDİ
22 may 2024 20:44 (UTC +04:00)

Aziz Yıldırım "Fənərbaxça" prezidentliyinə "YOX" DEDİ

"Fənərbaxça"da prezidentliyə namizəd olan Aziz Yıldırım komandanın mövsümü çempion olaraq tamamlaması halında geri çəkiləcəyini bildirib.

Lent.az "Apasport.az"-a istinadən  xəbər verir ki, bu barədə o, "Ülkər" stadionu ilə üzbəüz açılan seçki əlaqə bürosunda açıqlama verib:

"İnşallah çempion olsaq namizədlikdən geri çəkiləcəm. Əsas odur "Fənərbaxça"lılar sevinsin. Mənim xoşbəxtliyim önəmli deyil. Bəlkə də, heç kim mənim qədər "Fənər" azarkeşi deyil, bunu bilməlidirlər".

71 yaşlı funksioner baş məşqçi mövzusuna da toxunub:

"Beşiktaş" Jose Mourinyoya 7 milyon avro təklif edib. 5 milyon da mən verirəm, 12-yə razılaşsınlar. Yalan deyirlər. Bu, "Beşiktaş"a yaraşmır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5526
avatar

Oxşar yazılar