35 il əvvəlki  qətlə görə həbs olundu
22 may 2024 13:48 (UTC +04:00)

35 il əvvəlki qətlə görə həbs olundu

ABŞ-da 1989-cu ildə təqaüdçünü öldürən şəxs həbs edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Ohayo ştatından olan 65 yaşlı Mixael Breyş 78 yaşlı Rose Hnathın 35 ildən artıqdır ki, açılmamış işi ilə bağlı həbs edilib. 

1989-cu ilin yanvarında naməlum şəxs yaşlı qadını qətlə yetirib. Cinayətin silahı bıçaq olub. Bundan əlavə, qadın ölümdən əvvəl də şiddətli döyülüb.

Bir neçə prokuror işi ardıcıl olaraq davam etdirsə də, şübhəlinin şəxsiyyəti bu yaxınlarda məlum olub. Bölgə prokurorunun sözlərinə görə, cinayət yerindən toplanan DNT nümunələri və həmçinin həmin dövrdə olmayan texnologiyalar  Breyşi tutmaq üçün istifadə edilib.

Cinayət zamanı 30 yaşı olan Breyş koloniya qəsəbəsində Xnat yaxınlığında yaşayıb. O, qaçaqmal və narkotik saxladığı üçün cəza çəkib. Daha sonra oğurluğa görə mühakimə olunub.

Breyş hazırda həbsdədir. Onun işi üzrə ilk məhkəmə iclası mayın 21-nə təyin edilib. Hnathın qohumları cinayətkarın tutulması xəbərini eşitməkdən məmnun olduqlarını və rahatlaşdıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3250

Oxşar yazılar

Pələnglər 5 günə 6 qadını  parçaladı

Pələnglər 5 günə 6 qadını parçaladı

16 may 2025 , 12:34
NASA-da qalmaqal   – Ay daşlarını oğurlayıb sevgilisinə hədiyyə etdi

NASA-da qalmaqal – Ay daşlarını oğurlayıb sevgilisinə hədiyyə etdi

16 may 2025 , 06:59
Trampın on birinci nəvəsi  dünyaya gəldi

Trampın on birinci nəvəsi dünyaya gəldi

16 may 2025 , 02:53
8 il əvvəl  itkin düşən qızın meyiti başqa ölkədə  TAPILDI

8 il əvvəl itkin düşən qızın meyiti başqa ölkədə TAPILDI

15 may 2025 , 17:28
İnternetdə daxili orqanlarını  satmaq istəyirdi, saxlanıldı

İnternetdə daxili orqanlarını satmaq istəyirdi, saxlanıldı

15 may 2025 , 14:54
Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

15 may 2025 , 14:40
Varan yeni doğulmuş körpəni yedi

Varan yeni doğulmuş körpəni yedi

15 may 2025 , 12:48
Məşhur aktyor müharibədə həlak oldu

Məşhur aktyor müharibədə həlak oldu

15 may 2025 , 10:28